AZ

Çin və Belarus Polşa sərhədi yaxınlığında təlimlərə başlayıb

Bu gün Çin və Belarus Polşa ilə sərhəd yaxınlığında birgə hərbi təlimlərə başlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Brestski” poliqonunda Belarus və Çinin “Attack Falcon” birgə antiterror təliminin açılışı olub”, - deyə vurğulanıb. 

Qeyd olunub ki, antiterror təlimləri iyulun 19-dək davam edəcək.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
missiya.az

1Mənbələr