UEFA Avro-2024-ün ən sürətli oyunçularının siyahısını açıqlayıb.
Yarımfinala qədər qitə birinciliyinin ən sürətli futbolçusu saatda 36,5 km-lə Fransa millisinin hücumçusu Kilian Mbappedir.
Siyahıda ikinci yeri İspaniya yığmasının üzvü Fernan Torres tutur (36 km/saat). Qitə birinciliyinin ən sürətli oyunçularının ilk üçlüyünü isə Sloveniya millisinin üzvü Benyamin Şeşko qapayır (35,9 km/saat).
Qeyd edək ki, ən sürətli futbolçu olmasına baxmayaraq, Avro-2024 Mbappe üçün heç də uğurlu alınmır. İlk matçda burnu sınan forvard yalnız Polşa ilə görüşdə penaltidən fərqlənməyi bacarıb.
Milli.Az