Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinəBakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayışbinasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədarFHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlbolunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.