AZ

Soltan Məmmədov Şanxay Əməkdaşlıq Təşkilatının yaşıl inkişaf üzrə Forumunda çıxış edib

Bakı. Trend:

Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarasıəlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov Şanxay ƏməkdaşlıqTəşkilatının (ŞƏT) yaşıl inkişaf üzrə Forumunda çıxış edib.

Trend xəbər verirki, “Yaşıl inkişaf yolunda birgə irəliləmə, insan və təbiətinharmonik mövcudluğunun təşviqi” mövzusunda panel iclasında çıxışızamanı S. Məmmədov Azərbaycanın Avrasiya məkanında əsas tranzitqovşağına çevrilməsi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərininqovşağında yerləşməsi, “Bir kəmər, bir yol” layihəsinin nəqliyyatinfrastrukturunun yaradılmasında rol barədə danışıb. Deputat qeydedib ki, karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan“yaşıl enerji”yə keçid prosesinə də öz töhfəsini verməyə hazırolduğunu hər zaman nümayiş etdirib.

S.Məmmədov bildirib ki, Azərbaycan bərpa olunan enerjimənbələrinə qoyulan investisiyanın ÜDM-də payına görə aparıcıölkələrin siyahısındadır. “Qürur hissi ilə qeyd etmək istəyirəm ki,mənim ölkəm beynəlxalq birliyin etimadı sayəsində BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasına evsahibliyi etmək hüququ qazanıb”.

Milli Məclislə Parlamentlərarası İttifaq arasında COP29çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar AnlaşmaMemorandumu imzalandığını xatırladan millət vəkili COP29 Parlamenticlası üçün hazırlanmış sənəd layihəsi barədə ətraflı məlumatverib. Bildirib ki, COP29 parlament iclasının yekun sənəd layihəsibütün dünyanı narahat edən problemləri əhatə edir: “Hesab edirəmki, biz dünyanı təhdid edən, gələcəyimizlə bağlı suallar yaradanqlobal məsələləri müzakirə etmək üçün bütün platformalardan əneffektiv səviyyədə istifadə etməyə çalışlmalıyıq. Bugünkü toplantıda göstərir ki, artıq dünya dövlətləri, beynəlxalq ictimaiyyət,eləcə də sadə insanlar bizi və gələcək nəsilləri, bütün planetimizitəhdid edən təhlükənin fərqindədirlər”.

S.Məmmədov əmin olduğunu bildirib ki, COP29 sessiyası dünyatarixində qlobal iqlim dəyişiklikləri ilə mübarizədə yeni birsəhifə açacaqdır. O qeyd edib ki, Azərbaycan buna nail olmaq üçünbütün imkanlarını səfərbər etməyə hazırdır. Deputat ŞanxayƏməkdaşlıq Təşkilatına üzv və müşahidəçi statuslu ölkələrinparlamentarilərini COP29 sessiyasına fəal dəstək verməyə vətədbirdə iştirak etməyə dəvət edib.

Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yaşılinkişaf üzrə Forumunda Azərbaycanı Milli Məclis sədrinin birincimüavini Əli Hüseynlinin rəhbərliyi ilə deputatlar Fatma Yıldırım,Elnur Allahverdiyev və Soltan Məmmədovun daxil olduğu nümayəndəheyəti təmsil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
6
az.trend.az

7Mənbələr