AZ

Ölkəmizin kosmos macərası Türksat 6A ilə taclanır – Altun

Bakı,TurkicWorld

1994-cü ildə Türksat 1B ilə başlayan ölkəmizin kosmos macərası ilk yerli və milli rabitə peykimiz Türksat 6A ilə taclanır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

“Türksat 6A-nın, SpaceX-in Falcon 9 raketi ilə kosmosa göndərilməsi üçün geri sayım başladı. Hər sahədə qabaqcıl və lider olan Türkiyənin, kosmosdakı müstəqillik simvolu olan Türksat 6A-nı təbrik edirəm.”,- deyə nazir bildirib.

Qeyd edək ki, Türk mühəndislər tərəfindən istehsal edilən Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A bu gecə Kosmosdan orbitə çıxarılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
turkic.world

1Mənbələr