"Neftçi" yeni mövsümə hazırlığın birinci mərhələsini başa vuraraq bu gün Türkiyəyə yola düşüb.
Ərzurum bölgəsində baş tutacaq təlim-məşq toplanış üçün yola düşənlər arasında İvan Brkiç yer almayıb.
Xorvatiyalı qolkiperin Bakıda qalması səbəbsiz deyil.
Əldə etdiyimiz məlumata görə, o, “ağ qaralar”dan ayrılmağa qərar verib.
29 yaşlı futbolçu 2022-ci ilin yanvarından "Neftçi"nin şərəfini qoruyur.
O, arxada qalan müddətdə 68 oyun keçirib.
XANOĞLAN / SPORTİNFO.AZ