AZ

Rusiya "Telegram"ı cərimələdi

Rusiyada məhkəmə "Telegram"ı 3 milyon rubl (təxminən 34 min dollar) məbləğində cərimələyib.

E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyinin (Roskomnadzor) "Telegram"a qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Məhkəmə şirkətin qanunvericiliyə əməl etmədiyinə dair qərar verib və platformanı 3 milyon rubl məbləğində cərimələyib.

Qeyd edək ki, Rusiyada "Telegram" ən populyar sosial media və mesajlaşma proqramları sırasındadır.

Şəbnəm Mehdizadə

Seçilən
79
4
e-huquq.az

4Mənbələr