AZ

Bu iki ölkə NATO və Aİ sərhədində birgə hərbi təlimlər keçirir

Çin və Belarus NATO və Avropa İttifaqının üzvü olan Polşa sərhədindən bir neçə mil məsafədə birgə hərbi təlimlər keçirir.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı Belarus Müdafiə Nazirliyi Çin qoşunlarının Belarusa gəlişini əks etdirən fotolar paylaşıb.

Nazirlikdən verilən məlumata görə, bu gün başlayan təlimlərə girovların xilas edilməsi əməliyyatları və terrorla mübarizə missiyaları daxildir.

"Təlimin məqsədi iştirakçı qoşunların təlim səviyyələrini və koordinasiya imkanlarını artırmaq, həmçinin iki ölkənin orduları arasında praktiki əməkdaşlığı dərinləşdirməkdir. Təlimlər Belarus-Polşa sərhədindəki Brest şəhəri yaxınlığında, Polşanın paytaxtı Varşavadan təxminən 130 mil və Minskin Ukrayna ilə sərhədindən təxminən 40 mil məsafədə keçirilir".

Təlimlər iyulun 19-dək davam edəcək. 

Gülşən Şərif
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
bakivaxti.az

1Mənbələr