AZ

Türksat 6A bu gecə orbitə buraxılacaq

Bakı,TurkicWorld

Türk mühəndislər tərəfindən istehsal edilən Türkiyənin ilk yerli və milli rabitə peyki olan Türksat 6A bu gecə Kosmosdan orbitə çıxarılacaq.

TurkicWorld xəbər verir ki, Türksat 6A Layihəsində Nəqliyyat və İnfrastruktur Nazirliyi, TÜRKSAT AŞ sifarişçi təşkilat kimi, TÜBİTAK UZAY layihəsinin idarəedici təşkilatı kimi, ASELSAN, TUSAŞ və C2TECH şirkətləri isə layihənin icraçı qurumu kimi iştirak edib.

Türksat 6A buraxıldıqdan sonra ilk siqnalın 70-ci dəqiqədə alınması gözlənilir. Peyk 42 dərəcə şərq orbitində, 35 min 786 kilometr məsafədə yerləşəcək. 7,5 kilovat gücündə və 4 min 250 kiloqram ağırlığında olan Türksat 6A ilə mövcud peyklərin xidmət göstərmədiyi Hindistan, Tailand, Malayziya və İndoneziya Türksatın əhatə dairəsində olacaq.

“Müstəqilliyimizin simvolu olan Türksat 6A-nın orbitə buraxılışını uğurla həyata keçirəcəyik və öz peyklərini istehsal edib kosmosa göndərən 11 ölkədən biri olacağıq”,- deyə Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
turkic.world

1Mənbələr