AZ

"Boeing" 244 milyon dollar cərimə ödəyəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın "Boeing" şirkəti 2018-2019-cu illərdə istehsal etdiyi “737 MAX”təyyarəsinin iki ölümcül qəzası ilə bağlı işdə təqsirini etiraf etməyə razılaşıb.

Banco.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Ədliyyə Nazirliyinin rəsmisinə istinadən məlumat verib.

Məlumata görə, federal hakimin hələ təsdiq etməli olduğu istintaqla razılaşma çərçivəsində "Boeing" 243.6 milyon dollar cərimə ödəyəcək və öz proqramlarının təhlükəsizliyini yaxşılaşdırmaq, həmçinin onların zəruri standartlara uyğunluğunu təmin etmək üçün 455 milyon dollar sərmayə qoymağı öhdəsinə götürəcək.

Xatırladaq ki, 2018-ci ildə Efiopiyada, 2019-cu ildə isə İndoneziyada “Boeing 737 Max” təyyarəsi iki qəzada minə yaxın insanın ölümünə səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
banco.az

1Mənbələr