AZ

Rusiya Ukraynanı bombaladı - 20 ölü, 50 yaralı

Rusiya hərbi aviasiyası səhər saatlarından Ukraynanın Kiyev, Dnepr və Krivoy-Roq şəhərlərinə raket zərbələri endirib. Hücum nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, nəticədə çoxmərtəbəli yaşayış binasının bir hissəsində dağıntılar əmələ gəlib.

Həyəcan siqnalı ilə əraziyə dərhal təcili yardım və yanğınsöndürmə briqadaları, eləcə də polis əməkdaşları cəlb edilib. Paytaxtda raket zərbələri zamanı ümumilikdə 7 nəfərin öldüyü bildirilir. Atılan raketlərin bir hissəsi isə paytaxtın Şevçenko rayonu ərazisinə düşüb.

Kiyevin üzərini qatı tüstü dumanı bürüyüb.

Dnepr və Krivoy-Roq şəhərləri də aviahücumlara məruz qalıb. Dneprin Aviatorskoye rayonunda raketlərdən biri ölkənin ən iri hava limanlarından birinin yaxınlığına düşüb. Krivoy-Roq şəhərində 10 nəfər ölüb, 31 nəfər yaralanıb.

Yaralılardan 10 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.

Bununla yanaşı, Solomensk, Dneprovsk və Qoloseyevka rayonları da raket zərbələrinə məruz qalıb.

Bildirilib ki, hücum zamanı əsasən “Kinjal” raket sistemlərindən istifadə edilib. Hücumların hazırda da davam etdiyi açıqlanıb.

Ukraynanın Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin tam gücü ilə işə düşdüyünü açıqlayıb.

Seçilən
152
50
redaktor.az

10Mənbələr