AZ

Azərbaycan XİN rəhbəri Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ermənistanla danışıqlar müxtəlif istiqamətdə davam edir. Sülh gündəliyinə gəldikdə iyun ayının sonunda biz Ermənistan tərəfinə göndərdik. Münasibətlərə gəldikdə açıq sualların sayı xeyli məhdudlaşıb. Ancaq Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır. Biz qarşı tərəfdən bu istiqamətdə addımlar atmasını gözləyirik".
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
"Sülhlə bağlı Azərbaycanın mövqeyi çox açıq qeyd olunub. Azərbaycan dövləti sülh gündəliyinin müəllifidir. 44 günlük müharibədən sonra qısa müddətdə cənab Prezident çıxış edərək sülh gündəliyini Ermənistana təklif etdi", - o qeyd edib.
Seçilən
157
50
oxu.az

10Mənbələr