Bakı. Trend:
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyiXorvatiyanın “Dinamo” (Zaqreb) klubunun təlim-məşq toplanışındankənarda qalmasının səbəbi bəlli olub.
Trend xəbər verir ki, 27 yaşlı hücumçu zədəli olduğu üçün Zaqrebtəmsilçisinin Avstriyadakı hazırlıq prosesində iştiraketməyəcək.
Milli komandanın heyətində Qazaxıstana qarşı keçirilmiş matçda(3:2) ayağı burxulan forvard yaxın günlərdə MRT müayinəsindənkeçiriləcək.
“Dinamo”dakı gələcəyi sual altında olan futbolçu hazırda birneçə klubla danışıqları davam etdirir.
Qeyd edək ki, Mahir Emrelinin Xorvatiya təmsilçisi ilə 2026-cıilin yayınadək müqaviləsi var.