AZ

Mərkəzi Asiya ölkələri və Azərbaycan hərbi təlimlərə başladı

Qazaxıstanın Qərbində yerləşən Manqistau vilayətində Mərkəzi Asiya ölkələri və Azərbaycanın hərbi qüvvələrinin iştirakı ilə regional beynəlxalq təlimlər başlayıb.

Bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

İyulun 8-dən 17-dək hərbi kontingentlər silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyatı hazırlayacaq və həyata keçirəcək”, - deyə məlumatda qeyd olunur.

Qazaxıstanda “Birlestik-2024” beynəlxalq təlimləri başlayıb

Manqistau vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan hərbi kontingentlər döyüş hazırlığı tapşırıqlarını yerinə yetirməyə başlayıblar, Qazaxıstan hökumətinin saytı xəbər verir.

Təlimlərə 4 minə yaxın hərbi qulluqçu, 700-ə qədər silah və hərbi texnika cəlb olunacaq. Taktiki epizodlar yerüstü və hava kəşfiyyat qrupları, dəniz xüsusi təyinatlıları, ordu və cəbhə aviasiya ekipajları, döyüş gəmiləri və katerləri, artilleriya ekipajları, hücum və tank bölmələrinin iştirakı ilə keçiriləcək.

Təlim çərçivəsində mədəni, istirahət və idman tədbirləri də keçiriləcək. Yarışlar hərbi tətbiqi idman növləri, “Bağdar” taktiki səmti müəyyənləşdirmə və ordu taktiki atıcılığı üzrə keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
2
anspress.com

3Mənbələr