Olaylar.az xəbər verir ki, bu sözləri Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
Volodin vurğulayıb ki, fransızlar hazırkı liderin tərəfdarlarından başqa hər kəsə səs verməyə hazırdırlar. Makrona, Dövlət Dumasının sədrinin qeyd etdiyi kimi, siyasi hiylələr və namizədlərin kənarlaşdırılması kömək etməyib.
"Makronun partiyası məğlub oldu. Oxşar aqibət bütün hazırkı Avropa liderlərini və digər dövlətlərin suveren işlərinə qarışmaqda iştirak edən ABŞ-ı da gözləyir", - deyə deputat yekunlaşdırıb.
Fransada parlament seçkiləri solçu partiyaların Yeni Xalq Cəbhəsi koalisiyasının qələbəsi ilə başa çatıb. Onlar ölkə Milli Assambleyasında 182 yer qazanıblar və prezident Emmanuel Makronun partiyası yalnız ikinci olub.
"Makrona qapı göstərildi. Fransada Makronun özünün təşəbbüsü ilə elan edilən növbədənkənar seçkilərin nəticələri onun məğlubiyyəti ilə başa çatıb", - parlamentar Telegram kanalında yazıb.