AZ

Ukrayna Rusiyanın öyündüyü təyyarəni qaçırmağa çalışdı

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 bombardmançı təyyarəsinin xaricə qaçırılması əməliyyatı keçirmək cəhdinin qarşısını alıb.

Axar.az xəbər verir ki, bu barədə FSB məlumat yayıb.

Bildirilib ki, Ukrayna xüsusi xidmət orqanlarının məqsədi rus strateji təyyarəsini NATO ölkələrindən birinə qaçırmaq və onun hazırlanma texnologiyasını öyrənmək olub. Ukraynalılar buna görə pilotu ələ keçirməyə çalışıb, ona pul mükafatı və italiya vətəndaşlığı vəd edilib.

Qeyd edək ki, Tu22M3 Rusiyanın öyündüyü uzaqmənzilli strateji bombardmançısıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
axar.az

3Mənbələr