AZ

Rus pilota “Tu-22M3” təyyarəsini qaçırması üçün 3 milyon dollar vəd edilib

Rus pilota “Tu-22M3” uzaqmənzilli strateji bombardmançı təyyarənin qaçırılmasına görə 3 milyon dollar vəd edilib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, FSB-nin Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə yazışmalarının dərc etdiyi fotoşəkildən görünür ki, “Ukroboronprom” 1 milyon dollar ayıracağına söz verib.

Qeyd edilir ki, pilotla “Telegram” messenceri vasitəsilə əlaqə saxlanılıb.

Bildirilib ki, FSB bunda NATO ölkələrinin məxfi xidmətlərinin əli olduğunu üzə çıxarıb. Ukrayna kəşfiyyatı Rusiya hərbi pilotunu pul mükafatı və İtaliya vətəndaşlığının təmin edilməsi üçün işə cəlb etmək istəyib. Lakin pilot yazışmanı komandanlğa məruzə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
ikisahil.az

1Mənbələr