AZ

Makron Baş nazirin istefasını qəbul etməyib – Yenilənib

14:35

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Qabriel Attalın istefasını qəbul etməyib.

Bu barədə “Agence France-Presse” məlumat yayıb.

Qeyd edək ki, Fransanın Baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib. Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra bu qərara gəlib: “Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”.

***

08:47

Fransanın Baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyini açıqlayıb.

Onun çıxışını BFMTV yayımlayacaq.

“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, – Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələrindən sonra deyib.

Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.

Seçilən
173
13
banker.az

10Mənbələr