AZ

Türkiyə kosmosa yeni peyk göndərir - Foto

Türkiyənin ilk yerli və milli kommunikasiya peyki “Türksat 6A” sabah kosmosa göndəriləcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu özünün X səhifəsində məlumat yayıb.

“Loqosunun ilhamını “Türkiyə Yüz ili” vizyonumuzdan və bayrağımızdan alan ilk yerli və milli kommunikasiya peykimiz "Türksat 6"nın səfəri başlayır. 85 milyon tək ürək, şanlı al bayrağımızı kosmosda dalğalandıracağıq”, - Uraloğlu bildirib.

Peyk sabah ABŞ saatı ilə 17:20, Türkiyə saatı ilə 00:20-də kosmosa göndəriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
5
axar.az

4Mənbələr