AZ

“Vətənimi, uğrunda şəhid olacaq qədər sevirəm”

Bəli, bu sözləri vətənini canından atıq sevən oğul deyə bilərdi. Elə şəhid leytenant Yaqub Nəcəfov da vətənə olan sevgisini təkcə sözlə deyil, əməli ilə də sübut etdi. 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində düşmən üzərinə ön sıralarda irəliləyən igidlərdən biri oldu, Yaqub Nəcəfov. Onun tək arzusu Şuşaya qədər döyüşüb, düşmənin başına od ələmək idi. Qəhrəmanımız bu niyyətinə 44 günə bitən haqq savaşımızda çatdı.



2000-ci il iyul ayının 7-də Culfa rayonunda Nəcəfovlar ailəsində dünyaya göz açan Yaquba vətən sevgisi körpəliyindən aşılanmışdı. Atası, dayısı və əmisi tərəfindən I Qarabağ və Sədərək döyüşləri haqqında edilən söhbətlərə diqqətlə qulaq asan vətənin igid oğlunun bir arzusu olur, necə olur-olsun düşməndən qisas almaq. Bu məqsədə çatmaq üçün ali hərbi təhsil alan Yaqub Nəcəfov dördüncü kursun sonlarında leytenant rütbəsi alaraq döyüşlərə qatılır. Döyüş yolu Cəbrayıldan, Füzuli və Zəngilan keçən vətənin igid oğlu torpaqlarımızın azad olunmasında qəhramanlıq göstərir. Gənc leytenant xidmət etdiyi bölüklə Qarabağın cənnət guşəsi Şuşa şəhərinin azad edilməsinə qədər düşmənlə döyüşür. Haqq savaşında düşmənə aman verməyib qisasımızı alan vətənin igid oğlu 2020-ci il 9 noyabrda Şuşada şəhadətə yüksəlir. Son arzusuna qovuşan qəhrəmanımız doğulduğu Culfa şəhər qəbiristanlığında dəfn olunub.
Subay olan şəhid leytenant Yaqub Nəcəfov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı
 








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Seçilən
4
nuhcixan.az

1Mənbələr