AZ

Ruslar qəzaya miqrantın səbəb olduğunu yazırlar...

Leninqrad vilayətinin Priozerski rayonunda böyük yol qəzası baş verib, nəticədə bir qız ölüb, bir neçə nəfər isə ağır yaralanıb.

SİArus saytlarına istinadən xəbər verir ki, qəzaya guya miqrant səbəb olub.

Qeyd edək ki, qəza Sortavala yolunun 95-ci kilometrliyində baş verib.

Yol polisinin məlumatına görə, 34 yaşlı miqrant idarəetməni itirərək qarşıdakı zolağa çıxan digər avtomobilə çırpılıb.

Bu, zəncirvari reaksiyaya və yeni toqquşmalara səbəb olub. Nəticədə avtomobillərdən birində olan 32 yaşlı sərnişin dünyasını dəyişib.

Xəstəxanaya ağır vəziyyətdə olan 12 yaşlı uşaq, həmçinin 31 və 41 yaşlı moskvalılar və daha iki nəfərin vəziyyəti qənaətbəxş olaraq gətirilib.

Qəza ilə bağlı cinayət işi açılıb.

Nazlı Almuradova

Seçilən
80
sia.az

1Mənbələr