AZ

Alsu əmlakını məhkəmə yolu ilə əri ilə bölüşür...

...Bir gün əvvəl əri, iş adamı Yan Abramovdan boşandığını elan edən müğənni Alsu onunla mülkü bölüşür. RBC xəbər verir ki, iddia artıq məhkəməyə verilib.

SİA-nın əldə etdiyi məlumata görə, iclas iyulun 26-na təyin edilib.

Media yazır ki, sahibkar artıq 2,5 milyard rubl dəyərində aktivlərini həyat yoldaşına köçürməyi təklif edib. O, həmçinin Alsu və uşaqları üçün rahat bir həyat təmin etməyə yönəlmiş öhdəlikləri qanuni olaraq təmin edəcəyinə söz verib. Xatırladaq ki, Alsu mayın sonunda boşanmaq üçün məhkəməyə müraciət etmiş, ər-arvadlara barışmaq üçün iki ay vaxt verilmişdi.

Müğənni isə boşanmanın baş tutacağını bildirib.

...Xatırladaq ki, bundan əvvəl media Timatinin keçmiş sevgilisi Anastasiya Reşetovanı cütlüyün evinin dağıdıcısı adlandıraraq Alsu ilə Abramov arasındakı boşanma qalmaqalına “çəkmişdi”.

Ancaq nə Alsu, nə də Abramov özü bunu təsdiqləməyib və hər ikisi şərh verməkdən imtina edirlər.

Abramovla 2006-cı ildə evlənən Alsunun üç övladı var.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
sia.az

1Mənbələr