AZ

Macarıstanın XİN başçısı sülhməramlı fəaliyyət barədə açıqlama verib

Macarıstanın

Budapeşt, 7 iyul, AZƏRTAC

Macarıstanın xarici işlər naziri Peter Siyarto Baş nazir Viktor Orbanın “sülhməramlı missiya” çərçivəsindəki addımlarından danışıb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir feysbuk səhifəsində avropalı siyasətçilərə müraciət edib.

Siyarto avropalı siyasətçilərə Baş nazir Viktor Orbanın “sülhməramlı missiyası” çərçivəsində gələn həftə gözlənilən növbəti addımlarını “təhlükəsizlik kəmərlərini bağlayıb diqqətlə izləməyi” tövsiyə edib.

“Ukraynaya silah tədarük edən, oraya qoşun göndərmək xəyalı ilə yaşayan və nüvə silahından istifadə edilməsi haqqında söhbət aparan çoxsaylı “müharibə tərəfdarı olan siyasətçilər” Avropa İttifaqındakı böhranı daha da ağırlaşdırırlar”, - deyə Peter Siyarto qeyd edib.

 
Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
azertag.az

1Mənbələr