AZ

“Ağdam və Xankəndi kimin kim olduğunun ən böyük isbatıdır”

“Ağdam və Xankəndi Ermənistanla Azərbaycan arasındakı fərqlin, başqa sözlə desək, kimin kim olduğunun ən böyük isbatıdır”.

 

Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan işğal dönəmində Azərbaycan şəhərlərini talan edib yer üzündən silsə də, Azərbaycan müharibə zamanı belə mülki infrastruktur və obyektlərdə heç bir dağıntı törətməyib:

 

“İşğaldan sonra azad edilən ərazilərimizin mövcud durumu ermənilərin işğal dönəmində bu torpsaqlarda necə böyük dağıntı və talanlar həyata keçirdiyi göstərdi. Ağdam və eləcə də digər şəhərlərimiz elə bir dağıntıya məruz qalmışdır ki, bu şəhərlər əcnəbi diplomatlar, xarici ekspertlər tərəfindən “ruhlar şəhəri” kimi xarakterizə edilmişdir. Halbuki, Azərbaycan hətta 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri zamanı belə hər hansı mülki infrastruktura, mülki obyektə zərər verməmiş, yalnız hərbi təyinatlı obyektləri hədəf almışdır. Azərbaycan Ordusu tərəfindən Xankəndi şəhərinin separatçılardan təmizlənməsi əməliyyatı və şəhərin mövcud durumu  - abad vəziyyəti buna sübutdur. Ağdam və Xankəndi şəhərləri arasındakı bu fərq iki xalq, iki dünyagörüşü arasındakı fərqi, bu fərqin hədsiz böyüklüyünü göstərir.

 

Bütün dünya, xüsusilə də dünydakı ermənipərəst dairələr bu fərqi görməli, Azərbaycana qarşı qərəzli münasibət sərgiləməklə necə böyük ədalətsizliyə imza atdıqlarını dərk etməlidirlər”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
moderator.az

2Mənbələr