AZ

Cokoviç: "Böyük Dəbilqə" turnirlərində beş setlik oyunlar qalmalıdır

24 dəfə Böyük Dəbilqə çempionu, serbiyalı tennisçi Novak Cokoviç, bu turnirdə beş setlik oyunların əhəmiyyəti barədə danışıb.

90deqiqe.Az onun "Tennis Podcast" a verdiyi müsahibəni təqdim edir:

"Düşünürəm ki, ilkin raundlara üç setlik oyunlarla başlamağı nəzərdən keçirmək faydalı olardı. Sonra dördüncü raunddan və ya dörddəbir finaldan etibarən beş setlik oyunlara keçmək olar. Bilmirəm. Bu sadəcə mənim fikrimdir. Məncə, beş setlik oyunlar Böyük Dəbilqələrdə qalmalıdır, xüsusən də final mərhələlərində". 

Bundan əvvəl, dünyanın beşinci raketkası olan rus tennisçi Daniil Medvedev bu məsələ ilə bağlı fikirlərini bölüşərək üç setlik oyun formatının beş setlik oyunlara nisbətən üstünlüklərini qeyd edib.

Seçilən
20
1
90deqiqe.az

2Mənbələr