AZ

Ərdoğan: “Türkiyədə futbol akademiyası yaradılır”

Türk əsilli məşhur alman futbolçu Məsut Özil Türkiyədə akademiyasını açır.

KONKRET.az xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Avro-2024-ün 1/4 finalını ziyarət etdikdən sonra Almaniyadan qayıdarkən danışıb.

“İndi o, Türkiyədə futbol məktəbi və akademiyası yaradır, Almaniya və Real Madriddəki kimi bir struktur yaratmaq istəyirsə, əgər həqiqətən də bu struktur bizə tam keçsə, onda necə olacağını görəcəyik. Bu akademiyada 10-12 yaşlı gənclər, 22 yaşlıları topa vurmazdan əvvəl hörmət və sevgini öyrənəcəklər”, deyə Türkiyə prezidenti vurğulayıb.

Xatırladaq ki, Məsut Özil Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionatının qalibi olub. Futbolçu həmçinin “Real Madrid” və Londonun “Arsenal” klublarında da çıxışları ilə tanınır.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
175
8
konkret.az

10Mənbələr