AZ

AVRO-2024: Türkiyə Çexiyanın antirekordunu yenilədi

Türkiyə millisi bir turnirdə ən çox vərəqə alaraq Avropa çempionatlarının antirekordunu yeniləyib. Matc.az xəbər verir ki, “ay-ulduzlular” AVRO-2024-də keçirdikləri 5 oyunda 20 sarı və 1 qırmızı vərəqə ilə cəzalanıblar. Onlar AVRO-96-da Çexiya millisinin göstəricisini geridə qoyublar. Çexlər 28 il əvvəl 19 sarı və 1 qırmızı vərəqə alıb. Türkiyə yığması qrup mərhələsində 16 sarı (Gürcüstan - 2, Portuqaliya - 3, Çexiya – 11), 1/8 finalda 2 sarı (Avstriya), 1/4 finalda isə 2 sarı və 1 qırmızı vərəqə (Niderland) ilə cəzalandırılıb. Qeyd edək ki, Türkiyə yığması 1/4 finalda Niderlanda 1:2 hesabı ilə uduzaraq, Avropa çempionatı ilə vidalaşıb.      

Seçilən
62
2
matc.az

3Mənbələr