AZ

Xidmət rəisi xəbərdarlıq etdi

"Havaların istiləşməsi meşə və digər yaşıllıq ərazilərdə yanğının baş vermə ehtimalını artırır. Buna uyğun olaraq respublikanın meşə fondu ərazilərində tərəfimizdən qabaqlayıcı profilaktik tədbirlər görülməkdədir.

Belə ki, meşə ilə həmsərhəd ərazilərdə yanğın əleyhinə mineral zolaqlar çəkilir, nəzarət postlarının və müşahidə qüllələrinin sayı artırılır". Bunu "Cebhe.info"-ya Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.

Vətəndaşlarımıza çağırış edirik ki, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməmək üçün daha da duyarlı və diqqətli olaq.

Meşə yanğınlarının çox ciddi və təhlükəli olması hər bir vətəndaşın daim diqqətində olmalı və bu həyəcanı hər kəs hiss etməlidir”. 

"Cebhe.info"

Seçilən
8
cebheinfo.az

1Mənbələr