AZ

Büyükekşi yenə seçkidə namizəd olacaq

UEFA-ya 27 səhifəlik raport göndərməsinə rəğmən, Merih Dəmiralı cəza almaqdan qurtara bilməyən Türkiyə Futbol Federasiyası ilə bağlı yeni xəbər var.

Bilindiyi kimi, iyulun 18-də TFF-də növbədənkənar prezident seçkisi keçiriləcək. Jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, indiki başqan Mehmet Büyükekşi yenidən namizəd olmaq qərarına gəlib.

Rəsmi açıqlamanın qısa müddət ərzində veriləcəyi gözlənilir. Xəbərdə qeyd olunur ki, Büyükekşi hazırda Almaniyada olsa da, namizədliklə bağlı çalışmaları davam etdirir. O, yeni idarə heyətini formalaşdırmaq üçün bir çox iş adamları ilə görüşlər keçirir.

Xatırladaq ki, 63 yaşlı Büyükekşi 2022-dən bu vəzifəni icra edir. “Fənərbaxça” başqanı Əli Koç daha öncə verdiyi açıqlamada TFF-yə seçkidə Büyükekşini dəstəkləməyəcəyini bildirmişdi. Mehmet Büyükekşi ilə bağlı xəbər təsdiqini tapacağı təqdridə TFF başqanlığına namizədlərin sayı 5-ə yüksələcək.

İndiyə qədər 4 nəfər – Sərvət Yardımcı, İbrahim Hacıosmanoğlu, Ərdal Alkış və İsmayıl Uyanık rəsmi şəkildə namizədliyini irəli sürüb. Əsas mübarizənin Yardımcı ilə Büyükekşi arasında gedəcəyi gözlənilir.

Seçilən
13
football-plus.az

1Mənbələr