AZ

Beyləqanda taxıl anbarının qarajında yanğın olub, yük maşını, ehtiyat hissələri yanıb

Beyləqan rayonunun Xaçınabad kəndində taxıl anbarının ərazisində ümumi sahəsi 300 m² olan qarajın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri və “КамАЗ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, anbar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
88
19
apa.az

10Mənbələr