AZ

“CawaMedia” agentliyi Türkdilli Dövlətlər Təşkilatına məqalə həsr edib

Yazını böyüt
Yazını kiçilt

İsveçin “CawaMedia” agentliyinin saytında əməkdaşlığı beynəlxalq ekspertlərin diqqətini çəkən Türk Dövlətləri Təşkilatına həsr olunmuş məqalə dərc olunub.

Hafta.az xəbər verir ki, “Türk ölkələri qlobal ticarəti dəyişir və gələcəyə sərmayə qoyurlar” sərlövhəli məqalədə qədim Böyük İpək Yolu dövründə kök salmış və Beynəlxalq Türk Akademiyası ilə birgə üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, dialoqun, mədəni mübadilənin və strateji tərəfdaşlığın təşviqi üçün müasir platformaya çevrilən Türk Dövlətləri Təşkilatında birləşən türk xalqlarının ortaq irsindən bəhs edilir.

Nəşrdə Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən və bununla da tranzit müddətini 19 gündən 12 günə endirən “Orta Dəhliz” kimi tanınan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu haqqında geniş məlumat təqdim olunub.

Dünya Bankının proqnozlarına görə, 2030-cu ilə qədər Orta Dəhliz ildə 10-11 milyon ton yük emal edə biləcək.

“CawaMedia” qeyd edir ki, türk ölkələri nəqliyyat sektoru ilə yanaşı, tədqiqatlar, təhsil və rəqəmsal infrastruktur sahələrində, eləcə də Azərbaycanın Xəzər nefti və qazının dünya bazarlarına nəqlində həlledici rol oynadığı enerji və texnologiya sektorlarında əməkdaşlıq edirlər.

“Türk dünyası tarixin həlledici anını yaşayır. Bu ölkələr XXI əsrin yeni İpək Yolunu yaradırlar. Türk əməkdaşlığının bu canlanması qədim tacirlərin xəyal etdiyi şəkildə Şərqlə Qərbi birləşdirən yeni iqtisadi yüksəliş və mədəni fəallıq dövründən xəbər verir. Dünya türk xalqlarının uzun və zəngin tarixinin növbəti fəslini necə yazdığını diqqətlə izləməlidir”, - deyə nəşrdə qeyd edilir.

Baş ofisi Stokholmda yerləşən “CawaMedia” milli media nümayəndələrini birləşdirir və bütün dünyada media qurumları və tanınmış fotojurnalistlərlə fəal əməkdaşlıq edir.

Seçilən
19
2
hafta.az

3Mənbələr