Stoltenberq: NATO sammitində Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri ayrılmasına dair qərar veriləcək
İyulun 9-11-də ABŞ-də keçiriləcək NATO sammitində Ukraynaya yeni hava hücumundan müdafiə sistemlərinin ayrılması ilə bağlı qərar veriləcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.