AZ

Putinin Yaponiyanın təklifinə reaksiyası Çini təəccübləndirib

Rusiya prezidenti Vladimir Putinin Yaponiyanın Kuril adalarının tədricən Tokioya verilməsi müqabilində Uzaq Şərqin inkişafına böyük sərmayə qoymaq təklifini rədd etməsi Çində təəccüb və təşviş yaradıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Sohu yazır.

Material Yaponiyanın "böyük səy göstərməyə hazır olduğu" adaların kiçik sahəsinə diqqət çəkir. Bu kontekstdə Moskvaya regionun inkişafına və ikitərəfli münasibətlərin normallaşmasına töhfə verə biləcək saziş təklif edilib, lakin Vladimir Putin Kuril adalarının suveren Rusiya ərazisi olduğunu vurğulayaraq bunu rədd edib.

Mətndə həmçinin bildirilir ki, belə bir razılaşma Rusiya Federasiyasının təhlükəsizliyinə təhlükə yarada bilər, çünki Amerikanın hərbi bazaları Kuril adalarında peyda ola bilər.

Sohu müəllifləri hadisələrin bu cür inkişafının Moskva üçün qəbuledilməz olduğunu qeyd ediblər.

Seçilən
33
operativmm.az

1Mənbələr