AZ

Qərbi Afrikanın üç ölkəsi konfederasiyada birləşməyə qərar verib

Qərbi

Bakı, 7 iyul, AZƏRTAC

Qərbi Afrikanın üç ölkəsi - Burkina Faso, Mali və Nigerin səlahiyyətliləri Sahel Dövlətləri Konfederasiyasını yaratmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə “France-Press” agentliyi bu dövlətlərin liderlərinin birgə bəyanatına istinadla məlumat yayıb.

Bəyanatda üç ölkənin daha geniş inteqrasiyaya doğru daha bir addım atmağa qərar verildiyi deyilir. “Bu məqsədlə Burkina-Faso, Mali və Niger konfederasiyanın yaradılması haqqında saziş imzalayıblar”, - məlumatda deyilir.

Bu, Burkina Faso, Mali və Niger liderlərinin iştirak etdiyi Sahel Dövlətləri Alyansının Niameydə keçirilən Birinci Zirvə Toplantısının nəticələrindən sonra baş verib.

Bundan əvvəl, 2024-cü il yanvarın 28-də Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən mümkün qədər tez çıxmaq üçün birgə qərar qəbul ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
4
azertag.az

6Mənbələr