AZ

Türkiyə mübarizəni dayandırdı, İngiltərə və Niderland yarımfinalda – YENİLƏNDİ

AVRO-2024-də 1/4 final mərhələsinə yekun vurulub.

Msport.az xəbər verir ki, sonuncu yarımfinalçı Berlində bəlli olub.

Türkiyə yığması Niderlandla görüşüb. “Ay-ulduzlular” Samet Akaydının qolu ilə fasiləyə üstün yollansalar da, ikinci hissədə “narıncılar” oyunun axarını öz xeyirlərinə dəyişə biliblər. 6 dəqiqəyə 2 qol vuran Niderland yığması yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 9-10-da keçiriləcək.


Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin daha bir iştirakçısı bəlli olub.

Msport.az xəbər verir ki, 1/4 finalda İsveçrə yığmasına qalib gələn İngiltərə millisi növbəti raunda vəsiqə qazanıb.

Matçın əsas vaxtı heç-heçə ilə başa çatıb – 1:1. Əlavə vaxtda hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq (5:3) oynayan ingilislər yarımfinala adlayıblar.

İngiltərə millisinin 1/2 finaldakı rəqibi Niderland-Türkiyə cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl İspaniya və Fransa yığmaları yarımfinala vəsiqə qazanıblar.

Seçilən
148
msport.az

1Mənbələr