Burkina Faso, Mali və Niger konfederasiyada birləşəcək
Üç Qərbi Afrika ölkəsinin - Burkina Faso, Mali və Nigerin hakimiyyəti Sahel Dövlətləri Konfederasiyasını yaratmaq qərarına gəlib. Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” bu dövlətlərin liderlərinin bəyanatına istinadən məlumat yayıb. Bəyanatda deyilir ki, üç ölkə daha geniş inteqrasiya istiqamətində daha bir addım atmağa qərar verib: “Bu məqsədlə onlar Burkina-Faso, Mali və Niger arasında konfederasiya yaratmaq haqqında saziş imzalayıblar”.