AZ

Qarabağ Universitetində ingilis dili üzrə müəllim vakansiyası elan edilib

Qarabağ

Qarabağ Universitetində ingilis dili üzrə müəllim vakansiyası elan edilib.Ulusum.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.Bildirilib ki, müraciət edən şəxslərin müvafiq sahə üzrə magistr ali elmi-ixtisas dərəcəsi, ingilis dilinin tədrisi üzrə minimum 5 il pedaqoji təcrübə (ali təhsil müəssisəsində olması üstünlükdür), dil proqramlarının hazırlanması və tədrisi üçün nəzərdə tutulan resursların formalaşdırılması üçün təcrübəsi olmalıdır.Həmçinin minimum C1 səviyyəsində ingilis dili biliyi (IELTS, TOEFL və s. beynəlxalq dil sertifikatlarının olması üstünlükdür), dil tədrisi üzrə sertifikatlardan (CELTA, TEFL, TESOL və s.) birinə malik olması, innovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı, tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı, yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları, tədqiqatçılıq bacarığı, davamlı peşəkar inkişafa maraqlı olmalıdır.

Diqqət Çəkənlər

İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir

Ən böyük dayağımız Türk Dövlətləri Təşkilatıdır

Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
6
ulusum.az

7Mənbələr