AZ

Sumqayıt Dövlət Dram Teatrında “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib

Sumqayıt Dövlət Dram Teatrında "44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının təqdimatı keçirilib.

Teatrın foyesində baş tutan tədbirin moderatoru Əməkdar artist Cəlal Məmmədov idi. Öncə Vətən uğrunda Şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının  birinci müavini Teymur Səmədov, Əməkdar müəllim, şair, Sumqayıt Veteranlar Şurasının sədr müavini   Şöhrət ordenli Ofeliya Babayeva, Sumqayıt Dövlət Universitetinin professoru, şair,Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Əli Kərim adına Poezya evinin direktoru, Mahmud Qaşğari beynəlxaq mükatı  laureatı, şair İbrahim İlyaslı, Azərbaycan Televiziyası beynəlxalq əlaqələr departamentinin direktoru, siyasi icmalçı, "İmza" ictimai birliyinin rəhbəri Elnar Məmmədli, təbib- həkim, tibb üzrə fəlsəfə doktoru Mail Tağıyev çıxış etdilər. Çıxışlarda Türkiyə- Azərbaycan qardaşlığı, Hulusi Kılıçın daim Azərbaycan naminə uğurlu və məqsədyönlü fəaliyyəti vurğulandı.

Hulusi Kılıç bu görüşdən məmnunluğunu bildirdi, 

bütün Türk dünyasının Zəfər qürurunu yaşadığını söylədi.

Natiq bildirdi ki, Vətən müharibəsində həqiqəti açıqlayan müsahibələrindən, düşüncələrindən ibarət bu kitabın satışından əldə olunan gəlir Yaşat Fonduna köçürülür, Şəhid ailələri və Qazilər üçün sərf edilir.

Tədbirin davamı olaraq "Missiya" tamaşası təqdim olundu.

Hafiz Ataxanlınln qələmə aldığı, Xalq artisti  Firudin Məhərrəmovun quruluş verdiyi qəhrəmanlıq dramı maraqla qarşılandı. Yenidən səhnəyə dəvət olunan diplomat tamaşadan çox təsirləndiyini bildirdi, teatr truppasının peşəkarlığından çox razı qaldığını dedi.

Hulusi Kılıç Azərbaycanın artıq yeni dünya nizamında öz mövqeyi olduğunu, beynəlxalq layihələrə ev sahibliyi etdiyini, siyasi-diplomatik, mənəvi- hərbi, sosial-iqtisadi inkişaf trayektoriyasını qürurla vurğuladı, Diplomat qeyd etdi kii, indi yeni Qarabağ iqtisadi rayonu yaradılıb. Qarabağ gülüstana çevrilməkdədir. Və dəfələrlə söylədiyim kimi Azərbaycanın Zəfəri bölgənin intibah dövrünə rəvac verəcək

Hulusi Kılıç Sumqayıt şəhərinin də abadlıq və quruculuq işlərini, ədəbi-mədəni mühitinin dolğunluğunu dilə gətirdi. Sonra diplomat  aktyorları təbrik etdi, tamaşa haqqında təəssüratlarını bölüşdü və yaradıcı heyətlə xatirə şəkli çəkdirdi.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
news365.az

2Mənbələr