AZ

Azad Vətən Partiyası seçkilərlə bağlı qərarını verdi

Bu gün Azad Vətən Partiyası Siyasi Şurasının iclası keçirilib. 

"Cebhe.info" xəbər verir ki, Siyasi Şuranın sədri Novruz Novruzov yığıncağı açıq elan edib, gündəliyi təqdim edib və müzakirə olunacaq məsələlər barədə məlumat verib. 

Sonra partiya sədri Akif Nağı “Milli Məclisə növbədənkənar seçkilər və AzVP-nin vəzifələri” barədə məruzə edib. Qeyd edilib ki, AzVP partiya olaraq qeydiyyatdan keçdikdən sonra ilk parlament seçkiləri keçirilir və partiyanın bu seçkidə iştirakı mütləqdir. Çünki həm “Siyasi partiyalar haqqında” yeni qanun bunu tələb edir, həm də partiyanın parlamentə düşməklə fəaliyyətini genişləndirmək onun məqsədlərindən biridir. 

Partiyan sədrinin çıxışı ətrafında Siyasi Şura üzvlərindən Gəray Əsədov, Afiq Axundov, Tacəddin Əyyubov, Fəzli Qasımov, Novruz Novruzov, Seymur İsmayılov, Fərman Məmmədov, Əkbər Rüstəmov, Şaiq Süleymanov, Novruz Əliyev, Daşqın Mustafa, İlham Quliyev, İlham Hümbətov, Asif Kazımov, Hacı Hacağa Nuri və başqaları çıxış edərək fikir və mülahizələrini bildirib, seçkilərdə iştirakla bağlı məzmunlu təkliflərini veriblər. Sonda müzakirə olunan məsələlər barədə qərar qəbul olunub. 

Qərarda bildirilir ki, AzVP növbədənkənar parlament seçkilərində iştirak edəcək. Bununla əlaqədar partiyanı MSK-da təmsil edəcək səlahiyyətli nümayəndələr, maliyyə məsələləri üzrə nümayəndələr, parlamentə namizədliyi irəli sürüləcək şəxslər müəyyənləşdirilib. Həmçinin, partiyanın Seçki platforması təsdiq olunub. Partiyanın yerli təşkilatları haqqında əsasnamə də qəbul edilib.

"Cebhe.info"

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr