Bakıda 43 yaşlı kişi öz evinin talvarından yıxılaraq ölüb.
News365.az APA-ya istinadla xəbər verir ki, hadisə Xətai rayonu, General Şıxlınski küçəsində qeydə alınıb.
1981-ci il təvəllüdlü Teymur Vaqif oğlu Qaraşov yaşadığı mənzilin damında talvar vurarkən öz ehtiyatsızlığı səbəbindən yıxılaraq ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.