AZ

Türkiyəli nazir: "İlin sonuna qədər 200 min evi təhvil verəcəyik"

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, dövlətin bütün resursları ilə zəlzələ zonasında olduğunu və bundan sonra da olacağını vurğulayıb.

"Cebhe.info" xəbər verir ki, bu gün Murat Kurum Malatyada keçirilən koordinasiya toplantısına qatılıb. 

Nazir şəhərdə tikilməkdə olan yaşayış evlərinə və ehtiyat ərazilərə baxış keçirib. 6 fevral 2023-cü ildə baş verən zəlzələləri dünən olduğu kimi xatırladıqlarını deyən Kurum bildirib ki, “Prezidentimizin rəhbərliyi ilə şəraitdən asılı olmayaraq zəlzələ zonasının arxa plana keçməsinə heç vaxt icazə vermədik və verməyəcəyik".

İlin sonuna qədər cəmi 200 min ev təslim edəcəklərini bildirən nazir Kurum, 6 fevral zəlzələsini 11 şəhəriin yaşadığını söyləyib:

"14 milyon insanımızın həyatına mənfi təsir göstərib, yüz minlərlə yaşayış, iş yerimiz yararsız hala düşüb. Fəlakətin vurduğu maliyyə itkisinə baxdıqda bunun 104 milyard dolları keçdiyini görürük.

Bu günə kimi 276 min yaşayış yeri, iş yeri və ofisin tender prosesi tamamlandı. 11 vilayətdə tikinti fəaliyyətlərimiz davam edir. 4500-ə yaxın kənddə evlərimizi tez bir zamanda təslim edirik. Başladığımız 276 min evdən cəmi 76 min evi qardaşlarımıza təhvil verdik. 

Bu gün zəlzələ zonasında 2000-ə yaxın tikinti sahəsində 153 min işçimiz əzmlə çalışır. İlin sonuna qədər həm şəhərdə, həm də ehtiyat ərazilərdə ümumilikdə 200 min evi təhvil verəcəyik".

Seçilən
106
cebheinfo.az

1Mənbələr