AZ

Sabah Fransada seçkilərin ikinci mərhələsi keçiriləcək

Sabah Fransada parlament seçkilərinin ikinci mərhələsi keçiriləcək.

 News365.az France24-ə istinadən xəbər verir ki, sabah Fransada seçkilərin ikinci turu keçiriləcək.

Səsvermə yerli vaxtla saat 08.00-da başlayacaq və Fransanın kiçik şəhərlərində 18.00-da başa çatacaq. Paris kimi böyük şəhərlərdə isə saat 20:00-a qədər səsvermə mümkün olacaq.

Milli Məclisdə təmsil ediləcək 577 deputatın 501 nəfəri bu gün müəyyənləşəcək.

Xatırladaq ki, seçkinin birinci mərhələsində 76 deputat parlamentdə təmsil olunmaq hüququ qazanıb. Onlardan 39-u ifrat sağçılardan, 32-si solçulardan, 2-si Makron alyansından, qalan 3-ü isə parlamentdən namizəd olub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
news365.az

1Mənbələr