AZ

İRANIN YENİ TÜRK PREZİDENTİNDƏN GÖZLƏNTİLƏR – “İlk dəfədir ki, milli kimlik iranlı kimliyinə qalib gəldi”

Qonşu İranda islahatçı, milliyətcə Güney Azərbaycan türkü Məsud Pezeşkianın prezident seçilməsi hazırda ağır sosial-iqtisadi böhran və siyasi qarşıdurma içərsində olan ölkəyə, onun daxili və xarici siyasətinə nə vəd edir?

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Pezəşkiyanın prezidentliyi ölkəsi içində və xaricində ondan gözləntiləri artıracaq. Ekspert xatırladır ki, Pezeşkian Təbrizin millət vəkili kimi parlamentdə keçmiş hökumətləri tənqid edən fikirlər söyləyib, Güney Azərbaycan türklərinin üzləşdiyi problemlərdən danışıb, Tehranın Azərbaycan və Türkiyə xarici siyasətinin dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Politoloq qeyd edib ki, o, bu fikirlərini seçki təbliğatı dövründə bu və ya digər şəkildə səsləndirib. Pezeşkian bu vədləri yerinə yetirə biləcəkmi?

Seçilən
119
azpolitika.info

1Mənbələr