AZ

İrana türk əsilli prezident rəhbərlik edəcək - Tanıyaq

İrana

Məlum olduğu kimi, İranda keçirilən 13-cü dövr prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian 53.6 faiz səslə qalib gələrək, ölkənin 9-cu prezidenti seçilib.Ulusum.az xəbər verir ki, Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Məhabad) bölgəsində azərbaycanlı ailəsində anadan olub. 1973-cü ildə hərbi xidmətini yerinə yetirmək üçün Zabula yollanır, xidmətini başa vurduqdan sonra doğma şəhərinə - Təbrizə qayıdır. Soyadı fars dilindən tərcümədə “həkimlər” mənasını verən Pezeşkian Təbriz Universitetinin tibb fakültəsini bitirib.O, İran-İraq müharibəsi illərində tez-tez ön cəbhəni baş çəkərək, buraya tibbi heyət göndərməklə qalmayıb, hərbçi və həkim kimi də fəaliyyət göstərir.Pezeşkian 1985-ci ildə tibb məktəbində fiziologiyadan dərs deməyə başlayır.Müharibədən sonra o, Təbriz Tibb Elmləri Universitetində ümumi cərrah ixtisası üzrə təhsilini davam etdirib. 1993-cü ildə isə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə təhsil alıb. O, 1994-cü ildə Təbriz Tibb Elmləri Universitetinin rektoru olaraq bu vəzifədə 5 il fəaliyyət göstərib.Şəxsi həyatına gəlincə, ginekoloq olan həyat yoldaşını və bir övladını 1993-cü ildə avtomobil qəzasında itirən Pezeşkian bundan sonra heç evlənmiş, 2 oğlu və 1 qızını tək boya-başa çatdırır.Onun siyasi fəaliyyəti isə 1997-ci ildə səhiyyə naziri köməkçisi olaraq Məhəmməd Hatəminin idarəetməsinə qatılması ilə start götürüb. Pezeşkian 4 il sonra səhiyyə naziri postuna yüksəlib. O, 2001-2005-ci illərdə bu vəzifədə çalışır. 5 dəfə İran Parlamentinin Təbriz təmsilçisi seçilən Pezeşkian 2016-2020-ci illərdə Parlament sədrinin birinci müavini vəzifəsində çalışıb.O, həmçinin İran-Türkiyə Dostluq Dərnəyinin üzvüdür.Pezeşkian parlamentin 2016-cı il fevralın 26-da baş tutan açıq iclasında Allahın onu türk yaratdığını, heç kimin türkün dilini, mədəniyyətini ələ salmağa haqqı olmadığını, İrandakı türklərin və digər etnik qrupların konstitusiyanın 15-ci maddəsinə əsasən, öz dillərində yaza, danışa bilməsinin vacib olduğu ilə bağlı çıxış edib.Eyni zamanda Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılmış plakatın qaldırılmasına etiraz edən millət vəkillərindən olub.M.Pezeşkian “Traktor” azarkeşi kimi tanınır.2013-cü ildə İran prezidentliyinə namizədliyini irəli sürən M.Pezeşkian sonradan namizədliyini geri götürür. 2021-ci ildə növbəti dəfə seçkilərdə iştirak etmək istəyərkən namizədliyi bu dəfə rədd edilir.Nəhayət, 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində o, digər rəqiblərini geridə qoyaraq prezident kürsüsünə qalxıb.

Diqqət Çəkənlər

İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir

Bakıda narkokuryerlik edən kişi və qadın saxlanıldı

Prezident Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib

Seçilən
53
3
ulusum.az

4Mənbələr