AZ

Amerika Kubokunda daha bir yarımfinalçının adı müəyyənləşib

ABŞ-də təşkil olunan Amerika Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, 1/4 finalda Venesuela Kanada ilə qarşılaşıb.
 
Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında Kanada millisi qələbə qazanıb - 4:3. Beləliklə, Kanada yarımfinalda Argentina yığmasına rəqib olub.
 
Qeyd edək ki, Argentina - Kanada matçı iyulun 9-da keçiriləcək.

Seçilən
95
8
sport24.az

9Mənbələr