AZ

Elxan Şükürlü: "İran çox ciddi dəyişikliklər astanasındadır"

"Gözləntilərimizin, proqnozlarımızın əksinə olaraq, Məsud Pezeşkian İranın yeni prezidenti seçildi. Bu, o deməkdir ki, İran çox ciddi dəyişikliklər astanasındadır: sərt dini rejim həm daxili, həm də xarici siyasətində geniş açılıma getməyi nəzərdə tutur".

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Elxan Şükürlü bildirib.

 

"İranın dini rəhbəri Seyid Əli Xamenei çıxışlarında tez-tez cəmiyyətin istək və tələblərinin mütləq nəzərə alınmalı olduğunu vurğulayırdı. Çox böyük gənc əhali potensialına, resursuna sahib İran cəmiyyəti isə nə istədiyini, nə arzuladığını Səid Cəlilinin yox, Məsud Pezeşkianın çağırışlarına dəstəkdə ifadə etdi. İndi görək, İran bu dəyişiklik dönəmini ağrısız, təlatümsüz keçirməyi bacaracaqmı? Ən önəmlisi, Qərblə başlanacaq dialoq İranın hərbi nüvə doktrinasının dayandırılmasına və sanksiyaların götürülməsinə gətirib çıxaracaqmı? İran kimi çoxmillətli dövlətdə etnik amilə istinad edərək, prezident seçilmək möcüzə sayılmaqla yanaşı, azərbaycanlılar və kürdlərlə bağlı siyasətdə əhəmiyyətli dəyişikliklərin həyata keçiriləcəyinin müjdəçisidir. Seçimləri qonşu, dost və qardaş İran xalqına xeyirli, düşərli olsun", - o qeyd edib.

Tarix: 6 İyul 2024, 10:41   
Seçilən
54
5
pravda.az

6Mənbələr