AZ

Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmişPrezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, təbrikməktubunda deyilir:

"Hörmətli cənab Pezeşkian,

İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyinizmünasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındaortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllərüzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk. Ötənonilliklər ərzində qarşılıqlı faydalı əməkdaşlığımızın bütünsahələrdə, xüsusilə də iqtisadiyyat, nəqliyyat, energetika vəhumanitar sahələrdə dinamik inkişaf edərək bugünkü səviyyəyəyüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir.

Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslananAzərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dairəldə edilmiş razılaşmalar, icra olunan birgə layihələrölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına vətəhlükəsizliyinə xidmət edir.

Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizinmənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluqmünasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuranəməkdaşlığın genişlənməsinə nail olacağıq.

İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafındafikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvətedirəm.

Sizə ən xoş arzularımı çatdırır, dost və qardaş İran xalqınınrifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlararzulayıram".

Seçilən
4
49
az.trend.az

10Mənbələr