AZ

Pezeşkiyan İranın yeni prezidenti seçildi


İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda islahatçı qanadın namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının rəsmi nümayəndəsi Möhsün Eslami məlumat verib.
O, IRIB telekanalında bildirib ki, 30,530 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, Pezeşkiyan 16,384 milyon (53,6%) səs toplayıb.
İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili topladığı səs sayı isə 13,538 milyon (44,3%) olub.
Rəsmi məlumata görə, seçici fəallığı 49,8% təşkil edib. Eslaminin sözlərinə görə, səsvermənin ikinci turunda 30,530 milyon seçici iştirak edib. Prezident seçkilərinin birinci turunda isə seçici fəallığı təxminən 40% təşkil edib.
Qeyd edək ki, islahatçı Məsud Pezeşkiyan 1954-cü ildə İranın Qərbi Azərbaycan əyalətinin Mehabad şəhərində anadan olub. İran Tibb Elmləri Universitetini Ürək Cərrahiyyəsi ixtisası üzrə bitirib. İraqla müharibə zamanı hərbi həkim kimi xidmət edib. 1994-1999-cu illərdə Təbriz Tibb Elmləri Universitetinə rəhbərlik edib, 2001-2005-ci illərdə islahatçı Məhəmməd Hatəminin hökumətində səhiyyə naziri vəzifəsini tutub. 2016-2020-ci illərdə isə birinci vitse-spiker vəzifəsini yerinə yetitib.
Xatırladaq ki, iyulun 5-də İranda ölkə başçısının ölümü ilə əlaqədar keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. Belə ki, İslam Respublikasının prezidenti İbrahim Rəisi mayın 19-da Şərqi Azərbaycan əyalətində helikopterin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. Onunla birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahyan da daxil olmaqla daha 7 nəfər olub.
Seçilən
5
1
yeniavaz.com

2Mənbələr