AZ

Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyaBirləşmiş Krallığının Baş naziri Kir Starmerə təbrik məktubuünvanlayıb.

Trend xəbər verir ki,təbrikdə deyilir:

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Başnaziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdəntəbrik edirəm.

Azərbaycan Birləşmiş Krallıq ilə ənənəvi dostluq və çoxşaxəliəməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir.

Enerji sektorunda uzunmüddətli və səmərəli birgə fəaliyyətimizqlobal enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Eynizamanda, bərpaolunan enerji mənbələri, yaşıl enerjiyə keçid vədekarbonizasiya məsələləri bu gün Azərbaycan-Birləşmiş Krallıqikitərəfli tərəfdaşlıq gündəliyində aparıcı yer tutur. Bu baxımdanyaxın və etibarlı tərəfdaşımız olan BP ilə təmiz enerjiyə keçidsahəsində uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim.Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29çərçivəsində də əməkdaşlığımızın davam etdiriləcəyinə dair inamımıifadə edirəm.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində minalarıntəmizlənməsi işinə Birləşmiş Krallığın verdiyi töhfəni yüksəkqiymətləndiririk.

Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında qarşılıqlıetimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərinmöhkəmləndirilməsi, əməkdaşlığımızın daha da inkişaf edərək yenisəviyyəyə qaldırılması istiqamətində birgə səylərimizi bundan sonrada uğurla davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, qarşıdakı məsul fəaliyyətinizdəuğurlar diləyirəm".

Seçilən
150
49
az.trend.az

8Mənbələr