AZ

İlham Əliyev: “Merihə tətbiq edilən cəza ədalətsizdir”

İlham

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyənin milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm.

Reyting.az
xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “X” sosial şəbəkəsində yazıb.

Dövlət başçısı qeyd edib: "Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!".
Seçilən
17
49
reyting.az

10Mənbələr